CƏMİYYƏT
Cocuq Mərcanlıda dörd ədəd mina aşkarlanıb VİDEO
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən mayın 21-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 245 ədəd qəlpə, 2 ədəd piyada əleyhinə mina (OZM-72) və 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, nəticə etibarilə 20 min 551 kvadratmetr ərazi tam təmizlənib, 18 min 500 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:59]
Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib
- 23.04.2024 [17:43]
® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir
- 23.04.2024 [17:19]