CƏMİYYƏT


Cocuq Mərcanlıda iki ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı, 23 noyabr, AZƏRTAC

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ərazisində noyabrın 22-də keçirilən əməliyyat barədə operativ məlumat yayıb.

ANAMA-dan AZƏRTAC-a verilən məlumata görə, Cocuq Mərcanlıda suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazidə gün ərzində 29 300 kvadratmetr (2.93 ha) ərazi tam təmizlənib, 7 500 kvadratmetr (0.75 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. İki ədəd partlamamış hərbi sursat (RQ-42) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.