REGİONLAR


Cocuq Mərcanlıda istehsal olunacaq suvenirlər ölkəmizlə yanaşı, xaricdə də satışa çıxarılacaq

Cəbrayıl, 5 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC 

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində sakinlərin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə kənddə suvenir istehsalı müəssisəsinin yaradılmasıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikintisinə avqust ayında başlanılan müəssisədə hazırda hörgü işləri aparılır. Tikintidə iş icraçısı Xanəhməd Mirzəyev bildirib ki, 3700 kvadratmetr ərazidə inşa edilən müəssisənin tikinti sahəsi 700 kvadratmetrdir. Müəssisədə istehsal sahəsi, sərgi zalı, yeməkxana, inzibati otaqlar yaradılacaq. Bundan başqa müəssisənin ərazisində qazanxana, nasosxana binaları, su tutumu 150 kubmetr olan iki ədəd su anbarı inşa ediləcək. Hazırda tikintidə 20-dək işçi çalışır. İnşaat işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Suvenir istehsalı müəssisəsində istehsal olunacaq məhsullar "Cocuq Mərcanlı" loqosu ilə həm Azərbaycanda, həm də xarici ölkələrdə satışa çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.