REGİONLAR


Cocuq Mərcanlıda şəkər çuğunduru yığımı başa çatıb

Cəbrayıl, 23 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

İyirmi dörd illik köçkünlük həyatından sonra doğma kəndlərinə qayıdan Cocuq Mərcanlı sakinləri bu il taxıl, qarğıdalı, şəkər çuğunduru, pambıq, həmçinin bostan-tərəvəz bitkiləri becəriblər.

Səkkiz hektarda şəkər çuğunduru becərən kənd sakini Oqtay Həziyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində sahələrdən yüksək məhsul götürdüyünü deyib: "Kəndin ətrafındakı sahələr uzun illərdən sonra əkin dövriyyəsinə cəlb edilib. İyirmi dörd il müddətində əkin-biçin aparılmadığı üçün torpaqlar münbitdir. Odur ki, əkilən bitkilərin məhsuldarlığı da yüksəkdir. Bu il sahələrdən 429 ton şəkər çuğunduru istehsal etmişik. Hər hektardan orta məhsuldarlıq 536 sentner təşkil edib".

O.Həziyev bu il ilk dəfə becərdiyi pambıq tarlasında da yüksək məhsuldarlığa nail olub. Altı hektar sahədən 28 ton pambıq əldə edilib ki, bu da hər hektara 47 sentner məhsuldarlıq deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.