CƏMİYYƏT


Cocuq Mərcanlıda yerli sakinlərlə görüş keçirilib

Bakı, 28 iyul, AZƏRTAC

Aprel döyüşlərində qazanılan qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsi, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində kəndin qısa müddətdə bərpa olunması Böyük Qayıdışın başlanğıcıdır. Torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərimizin, qəhrəman əsgər, gizir və zabitlərimizin şücaəti nəticəsində bu gün kəndin yaxınlığındakı Lələtəpə yüksəkliyində Azərbaycan bayrağı dalğalanır. Cocuq Mərcanlının vətənpərvər sakinləri ordumuzun keşiyində mətanətlə dayandığı bu torpaqlarda yaşamaq, oxumaq və işləməklə öz yurd-yuvasını tərk etmiş məcburi köçkünlərin doğma Qarabağa qayıtmağa daim hazır olduqlarını göstərirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Cocuq Mərcanlı kəndində yerli sakinlərlə keçirdiyi görüşdə səsləndirilib.

Dövlət komitəsinin sədri uzun illər respublikanın müxtəlif yerlərində məcburi köçkün həyatı yaşadıqdan sonra kəndə köçmüş ailələrin məişəti, güzəranı, iş və əmək şəraiti ilə yaxından tanış olub, arzu və istəklərini öyrənib, müraciətlərini dinləyib.

Sakinlər Cocuq Mərcanlı kəndində görülən işlərə və yaradılan şəraitə, eyni zamanda, onlara göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.