ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutu “MapInfo Pro” proqram vasitələri ilə təmin edilib

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Türkiyənin “Başarsoft Bilgi Teknolojileri” şirkəti tərəfindən elmi-tədqiqat işləri üçün ödənişsiz olaraq ABŞ-ın “Pitney Bowes” korporasiyasına məxsus 10 lisenziyalı “MapInfo Pro” proqram vasitələri ilə təmin edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “MapInfo Pro” proqram təminatından istifadə etməklə raster və vektor əsaslı coğrafi informasiya sistemlərinin yaradılması, coğrafi məlumatların təhlil edilməsi, 3 ölçülü modellərin qurulması, rəqəmsal xəritələrin tərtibi və əldə edilən nəticələrə əsasən qrafik məlumatların hazırlanması həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.