ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutu doktorantının məqaləsi Rusiyanın nüfuzlu jurnalında dərc olunub

Bakı, 16 fevral, AZƏRTAC

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin doktorantı Camal Hüseynovun “Azərbaycan ərazisində çoxillik temperatur rejiminin müasir paylanma xüsusiyyətləri” sərlövhəli məqaləsi Rusiyanın "Hidrometeoroloji tədqiqat və proqnozlar" jurnalında dərc edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Azərbaycan ərazisində aparılan riyazi, statistik, kartoqrafik təhlillər nəticəsində respublikanın temperatur rejiminin şimaldan cənuba və düzənlikdən yüksək dağlığa doğru dəyişmə xüsusiyyətlərinə malik olduğu dəqiqləşdirilib. Həmçinin respublikanın ərazisinə ayrı-ayrı regionlar üzrə temperatur kəmiyyətinin çoxillik orta, fəsillik göstəriciləri müəyyən edilib. Çoxillik orta temperatur kəmiyyətinin maksimum göstəriciləri Kür-Araz ovalığında olmaqla 14.6-15.4 dərəcə intervalında müşahidə edilib. Yüksək dağlığa qalxdıqca temperaturun orta çoxillik kəmiyyəti azalır.

Nəticələrdən gələcəkdə iqlim rejimi, onun dəyişkənlikləri üçün aparılan tədqiqatlarda, ərazidə kənd təsərrüfatı, turizm sənayesi və digər irimiqyaslı sənaye sahələrinin yaradılması zamanı istifadə edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.