ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutunda Anım Gününə həsr olunan tədbir keçirilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov 27 sentyabrın xalqımıza başucalığı, torpaqlarımıza azadlıq gətirən 44 günlük şanlı Vətən savaşının başlanğıc günü olduğunu qeyd edib. Vurğulayıb ki, bu müharibə Azərbaycan xalqının nəyə qadir olduğunu, onun 30 ilə yaxın bir vaxtın keçməsinə baxmayaraq torpaqlarının özgə tapdağı altında qalması ilə barışmadığını, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bir bayraq altında birləşərək sarsılmaz birliyini, Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi.

Tədbirdə çıxış edən İnstitut Həmkarlar Təşkilatının sədri Habil Haqverdiyev və aparıcı elmi işçi Etibar Bədəlov tarix boyu Azərbaycan torpaqlarına göz dikən erməni faşistlərinin məkrli siyasətinin sonda nəticə vermədiyindən, onların 30 il işğalda qalan torpaqlarda törətdikləri vəhşiliklərdən, Azərbaycan xalqının tarixin bu sınağından alnıaçıq və zəfərlə çıxmasından söhbət açıblar.

Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova bir qrup əməkdaşın müntəzəm olaraq ziyarət etdiyi şəhid ailələri və qazilərimizə olan münasibətindən və əlaqələrindən danışıb.

Sonra institutun əməkdaşları II Şəhidlər xiyabanına gedərək şəhidlərimizin unudulmaz xatirəsini hörmət və ehtiramla anıblar. Məzarlıqda general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin anaları, eləcə də digər şəhid valideynləri ilə rastlaşan ziyarətçilər onlara olan dərin hörmət və minnətdarlığını bildiriblər, şəhidlərin məzarı önünə gül-çiçək dəstələri qoyub, ruhuna dualar ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.