ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutunda distant dərslər aparılır

Bakı, 11 aprel, AZƏRTAC

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant tədrisin təşkil edilməsi haqqında” sərəncamına uyğun olaraq təsdiqlənmiş dərs cədvəlinə əsasən akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun I və II kurs magistrantları üçün təşkil olunmuş distant dərslər uğurla davam edir.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutda 3 ixtisas üzrə 5 magistr təhsil alır: onlardan üçü 1-ci kursda, ikisi 2-ci kursdadır. Mühazirələrin elektron mətnləri e-mail və ya vatsap vasitəsilə təhsil alanlara çatdırılır.

Distant dərslər institut rəhbərliyi və Təhsil şöbəsinin nəzarəti altında həyata keçirilir. Dərslərin gedişatı haqqında AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil idarəsinə mütəmadi olaraq məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.