ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, baş direktor coğrafiya elmləri doktoru Zakir Eminovun sədrliyi ilə keçirilən imtahan 5 komissiya üzvü tərəfindən qəbul edilib. Beş ixtisas üzrə iştirak edən 7 iddiaçı imtahanı uğurla verib.

İmtahanda AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri fəlsəfə elmlər doktoru, dosent Ələddin Məlikov və doktorantura sektorunun müdiri Tubu Qasımzadə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.