ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutunda doktoranturaya təqdim edilən sənədlərin seçimi aparılıb

Bakı, 11 may, AZƏRTAC

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə 2022-ci ildə doktorantura və dissertanturaya qəbul üçün təqdim edilən sənədlərin seçimi aparılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 11, dissertanturaya 4, elmlər doktoru üzrə dissertanturaya 3 iddiaçı sənəd təqdim edib. Verilən sənədlər komissiya üzvlərinin iştirakı ilə yoxlanılaraq yekun qərar qəbul edilib. Sənəd verən iddiaçıların siyahısının AMEA-nın Təhsil şöbəsinə təqdim edilməsi tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.