ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutunda magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda karantin şəraitinə uyğun olaraq magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, dosent Məhərrəm Həsənovun sədrliyi ilə keçirilən İxtisaslaşdırılmış Müdafiə Şurasının iclasında AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov və AMEA Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev iştirak ediblər. Magistrantlardan Yeganə İbadlı “Lənkəran təbii vilayəti landşaftlarına antropogen təsirlərin ekoloji qiymətləndirilməsi” və İradə Əhlimanova “Xəzər dənizinin səviyyə tərəddüdlərinin Qızılağac körfəzinin hidrometeoroloji şəraitinə təsirinin tədqiqi” mövzularında dissertasiya işlərini təqdim ediblər.

Sonda magistrantlara müvafiq elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.