ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunda regional iqlim dəyişmələri öyrənilir
Bakı, 10 avqust, AZƏRTAC
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanda regional iqlim dəyişmələri və onun çayların rejiminə təsiri tədqiq olunur.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədqiqatlar zamanı Azərbaycanda regional iqlim dəyişmələrinin, xüsusən temperatur və yağıntı göstəricilərinin çoxillik normaya nisbətən müxtəlif regionlar, müxtəlif intervallar üzrə dəyişmə tendensiyası araşdırılıb. Regional iqlim dəyişmələrinin çayların su ehtiyatlarına təsiri öyrənilib, ölkə ərazisində çaylarda rejim dəyişkənliyinin baş verməsi, bununla bağlı çayların illik axımlarının, daşqın və gursulu dövrlərin davamiyyəti məsələləri araşdırılıb.