ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutunun əməkdaşı Niderlandda keçirilən konfransda çıxış edib

Bakı, 29 sentyabr, AZƏRTAC

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynova Niderlandın Rotterdam şəhərində keçirilən Qlobal Gənclik Sülh Sammitinə (Global Youth Peace Summit) onlayn qoşulub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Qlazqo iqlim razılaşmasına həsr olunmuş konfransda dünyada baş verən iqlim tərəddüdləri, onun iqtisadiyyata və əhali məskunlaşmasına təsiri məsələləri müzakirə edilib. Elmi işçi “Azərbaycanın şimal-qərb regionlarında əhali məskunlaşmasında iqlim amilinin rolu” mövzusunda təqdimatla çıxış edib. İştirakçılar tərəfindən maraqla izlənilən məruzəsində B.Hüseynova region haqqında ümumi məlumat verdikdən sonra bölgədə əhali məskunlaşmasının müasir vəziyyətini şərh edib. O, əhali məskunlaşmasına təsir edən amillər, son illərdə regionda baş verən iqlim tərəddüdləri, onun nəticələri və əhali məskunlaşmasına təsiri haqqında da geniş məlumat verib.

Tədbirin sonunda Qlobal Adaptasiya Mərkəzinin baş icraçı direktoru professor Patrik Verkoin fəal gənclərə sertifikat təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.