ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda çıxış edib

Bakı, 5 oktyabr, AZƏRTAC

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin kiçik elmi işçisi Gülxar Rzayeva və Torpaq ehtiyatları coğrafiyası şöbəsinin elmi işçisi Çiçək Nəsirova Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilmiş XXX Beynəlxalq elmi simpoziumun iştirakçıları olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Gələcəyin mədəni körpülərinin qurulması” mövzusuna həsr olunmuş onlayn tədbirdə Gülxar Rzayeva “Dağlıq ərazilərdə yamacların səmtinin meşəbitmə şəraitinə və müxtəlif yaşlı fıstıq və palıd meşələrinin məhsuldarlığına və davamlığına təsiri” mövzusunda məruzə ilə çıxış edib və sertifikata layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.