ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutunun əməkdaşları məktəblilərin bilik səviyyəsi ilə maraqlanıblar

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşən 232 nömrəli məktəbdə olublar. Görüş şagirdlərin coğrafiya elminə maraqlarının və elmi dünyagörüşlərinin artırılması, onların yaradıcılıq və elmi-tədqiqat işlərinə həvəsləndirilməsi, potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsi məqsədi daşıyıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əməkdaşlar məktəbdə coğrafiya fənninin tədrisi və şagirdlərin bilik səviyyəsi ilə maraqlanıblar. Sonra “Kiçik akademiya”nın coğrafiya kafedrası şagirdlərinin iştirakı ilə “Azərbaycan - Odlar diyarı” mövzusunda keçirilən tədbirdə iştirak ediblər. Məktəblilər Azərbaycanın coğrafiyası haqqında hazırladıqları kompozisiyanı nümayiş etdiriblər. Onlar, həmçinin qədim şəhərlər, eləcə də yaşadıqları Bülbülə qəsəbəsi haqqında təqdimatla çıxış ediblər.

Coğrafiya İnstitutunun nümayəndələri şagirdlərə coğrafiya elminin əhəmiyyəti, inkişafı, institutda aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr və s. məsələlərdən söhbət açıblar. Alimlər “Kiçik akademiya”nın şagird və müəllimlərinə Coğrafiya İnstitutunda tədqiqat işlərində birgə əməkdaşlıq təklif ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.