ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutunun yeni nəşrində heyvandarlığın ərazi təşkili araşdırılıb

Bakı, 6 fevral, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun elmi redaktorluğu ilə coğrafiya üzrə fəlsəfə doktoru Firuzə Cəfərovanın “Böyük Qafqazın Azərbaycan ərazisi daxilində heyvandarlığın ərazi təşkili” monoqrafiyası çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, üç fəsildən ibarət monoqrafiyada heyvandarlığın ərazi təşkili və öyrənilməsinin nəzəri-metodiki əsasları, Azərbaycanda heyvandarlığın tarixi-coğrafi inkişaf mərhələləri, heyvandarlığın müasir ərazi təşkili və s. tədqiq edilib, bir sıra əməli təkliflər irəli sürülüb.

Yeni nəşrin materiallarından Azərbaycanın iqtisadi coğrafiyası və kənd təsərrüfatı coğrafiyası fənlərinin tədrisində, eləcə də dövlət proqramlarının hazırlanmasında istifadə oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.