ELM VƏ TƏHSİL


Coğrafiya institutunun əməkdaşları beynəlxalq vebinarın sertifikatına layiq görülüblər

Bakı, 7 dekabr, AZƏRTAC

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktorları - Geomorfologiya və təbii risklər şöbəsinin böyük elmi işçisi Samirə Abuşova və Xəzər dənizinin səviyyə problemləri şöbəsinin böyük elmi işçisi Elnur Səfərov Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Günü münasibətilə keçirilən beynəlxalq vebinarda tədbirin təşkilatçısı olan Təbriz Universitetinin sertifikatına layiq görülüblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, S.Abuşova tədbirdə “Coğrafi informasiya sistemlərində ekogeomorfoloji dəyərləndirmə”, E.Səfərov isə “Coğrafi informasiya sistemlərinin tətbiqi ilə səth sularının tədqiqi” mövzularında məruzə ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.