ELM VƏ TƏHSİL


Coğrafiya və riyaziyyat fənləri imtahanlarında istifadə edilmiş tapşırıqlar elmi-metodik baxımdan təhlili olunub

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, iclasın gündəlik məsələsi 13 avqust 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsində - II ixtisas qrupunda istifadə edilmiş tapşırıqların elmi-metodik baxımdan təhlili olub.

İclasda 5 qapalı tipli tapşırıq (41-45 saylı) aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı altstandartların tələbləri üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə edilib. Redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.

Statistik göstəricilər əsasında aparılmış bu müzakirədə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

Riyaziyyat fənni üzrə iclasda gündəlik məsələ ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları modellərinin müzakirəsi olub. İmtahan modellərinə təklif edilən tapşırıqların hər biri aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, hansı alt standartların tələbləri üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə edilib. İştirakçılar tapşırıqlarla bağlı təkliflər veriblər.

Müzakirələr noyabrın 20-də davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.