ELM VƏ TƏHSİL


Coğrafiya və riyaziyyat fənləri üzrə imtahan proqramları müzakirə edilib

Coğrafiya və riyaziyyat fənləri üzrə imtahan proqramları müzakirə edilib

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclasda hər iki fənn üzrə ali təhsil müəssisələrinə, həmçinin riyaziyyat fənnindən hərbi liseylərə qəbul imtahanı üçün proqramlar müzakirə edilib.

Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan dərsliklərdəki uyğunsuzluqlar proqramlarda nəzərə alınıb. İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələlər ilə bağlı fikir bildirilib və təkliflər verilib.

Ümumi (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanları üçün proqramlar və imtahan modellərinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışlarında, ali təhsil müəssisələrinə qəbul proqramları isə “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq.

Noyabrın 19-da ali təhsil müəssisələrinə qəbul imtahanları üçün imtahan modellərinin müzakirəsi aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.