ELM VƏ TƏHSİL


Coğrafiya və riyaziyyat fənləri üzrə imtahanlarda istifadə edilmiş tapşırıqlar təhlil olunub

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, coğrafiya fənni üzrə iclasın gündəlik məsələsi avqustun 13-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - II ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodik baxımdan təhlili olub.

İclasda 5 qapalı tipli tapşırıq (46-50 saylı) aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı altstandartların tələbləri üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə edilib. Redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Müzakirə nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.

Statistik göstəricilər əsasında aparılmış bu müzakirədə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Həmin tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

Riyaziyyat fənni üzrə iclasda gündəlik məsələ ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları modellərinin müzakirəsi olub. İmtahan modellərinə təklif edilən tapşırıqların hər biri aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, hansı altstandartların tələbləri üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə olunub.

İştirakçılar tapşırıqlarla bağlı fikirlər bildirib və təkliflər veriblər.

Noyabrın 27-də müzakirələr davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.