ELM VƏ TƏHSİL


Coğrafiya və riyaziyyat fənləri üzrə qəbul imtahanı proqramları təkmilləşdirilir

Bakı, 24 oktyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, coğrafiya fənni üzrə gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi olub.

Öncə qüvvədə olan 6-11-ci sinif dərslikləri əvvəlki illərin nəşrləri ilə müqayisə edilərək fərqlər müəyyən olunub. Qəbul proqramında bununla bağlı müvafiq təkmilləşdirmələr aparılıb.

Riyaziyyat fənni üzrə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları üçün proqram və imtahan modeli müzakirə edilib.

Müzakirələr zamanı gündəlik məsələlərlə bağlı fikirlər bildirilib və təkliflər verilib. Söylənilmiş təkliflər proqramların təkmilləşdirilməsində nəzərə alınıb.

Müzakirələr oktyabrın 30-dək davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.