ELM VƏ TƏHSİL


Coğrafiyaçı alim Beynəlxalq Qərbi Asiya Turizm Araşdırmaları Konqresinin sertifikatına layiq görülüb

Bakı, 27 oktyabr, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmraniyə Beynəlxalq Qərbi Asiya Turizm Araşdırmaları Konqresinin sertifikatı təqdim edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, gənc alim konqresin V yığıncağında “Azərbaycanın dağlıq ərazilərinin ekoturizm potensialı və istifadə yolları” adlı məruzəsinə görə sertifikata layiq görülüb.

Qeyd edək ki, Z.İmraninin məqaləsi təşkilatın Türkiyədə nəşr edilən konfrans materiallarında dərc olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.