ELM VƏ TƏHSİL


Coğrafiyaçı alim: İşğaldan azad edilmiş ərazilərdə ekoloji terror izləri hər yerdə müşahidə olunur

Bakı, 4 iyun, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə ekoloji terror izləri hər yerdə müşahidə olunur.

Bu barədə akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Mirnuh İsmayılov məlumat verib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə müdiri, dosent Mirnuh İsmayılov Azərbaycan Televiziyasının “Ekoetika” verilişinin çəkiliş qrupu ilə işğaldan azad olunmuş Arazboyu ərazilərdən başlayaraq Zəngilan və Cəbrayıl rayonlarına səfər edib. Məqsəd 30 ilə yaxın müddətdə burada törədilən ekoterroru daha yaxından görmək, işğal dövründə Azərbaycan ərazisinə dəyən ziyanın miqyasını müəyyənləşdirmək olub.

Coğrafiyaçı alim Araz çayının ətraf ərazilərlə birgə vahid kompleks təşkil edən ekosistem olduğunu diqqətə çatdırıb. Bildirib ki, kompleksdə hər hansı dəyişiklik olduqda, bu özünü Araz çayında göstərir. Kiçik Qafqazın Cənub-Şərq yamacından axan çayların əksəriyyəti Azərbaycanın ikinci ən böyük çayı olan Araza tökülür və ermənilərin işğalı altında olmuş ərazilərdə törədilən ekoloji terrorun təsiri bilavasitə çayda özünü göstərir. Dağ-mədən sənayesi tullantıları, törədilən yanğınlar, meşələrin kəsilməsi, bulaqların quruması, bundan əlavə, Ermənistandan axan çirklənmiş çaylar, eləcə də İrəvandan axan və şəhərin çirkabını özündə daşıyan Zəngi (Razdan) çayı Arazın vəziyyətini bir az da ağırlaşdırır.

M.İsmayılov Ermənistanın bu işdə məsuliyyət daşıması üçün ölkəni beynəlxalq səviyyədə uyğun konvensiyalara qoşulmağa məcbur etməyin vacibliyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.