ELM VƏ TƏHSİL


Coğrafiyaçı alim Kəlbəcərdə baş vermiş tornado hadisəsinə aydınlıq gətirib

Bakı, 4 avqust, AZƏRTAC

Kəlbəcər rayonunun Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsinin əmələ gəlməsinin səbəbi elmə tam məlum olmasa da, versiyalardan biri isti və soyuq hava kütləsinin sürətlə fırlanaraq toqquşması və təzyiqin həddən artıq aşağı düşməsi olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya elmləri doktoru Səid Səfərov bildirib.

İqlimşünas alim bu təbiət hadisəsinin yaranma səbəbləri, törədə biləcəyi fəsadlar, onun ölkəmizdə təkrarlanma ehtimalı və digər məsələlərə aydınlıq gətirib. O bildirib ki, Azərbaycan üçün xarakterik sayılmayan bu hava burulğanı böyük sürətə malik olsaydı, hadisəni seyr edən insanlar üçün təhlükə yaradardı. ABŞ-da baş verən tornado zamanı xəbərdarlıq edilir və insanlar bunkerlərə yerləşdirilirlər. Alagöl üzərində baş verən tornado isə bunun kiçik variantıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.