ELM VƏ TƏHSİL


Coğrafiyaçı alim qızıl medal ilə təltif edilib

Bakı, 28 iyun, AZƏRTAC

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov səmərəli elmi və pedaqoji fəaliyyətinə görə Beynəlxalq Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə prezident, akademik Valter Kofler tərəfindən qızıl medal ilə təltif edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, R.Mahmudovun 46-sı beynəlxalq elmi jurnallarda və konfrans materiallarında dərc olunmaqla, 200-dən artıq elmi məqaləsi var. Alim su ehtiyatları və iqlim dəyişikliyinə dair 11 monoqrafiyanın, 2 dərslik, 11 dərs vəsaiti, 4 proqram, 7 elmi kitabça (onlardan biri Cenevrədə ingilis və rus dillərində nəşr olunub), 3 xəritə, bir sel kataloqu, 4 publisistik əsər və bir patentin müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.