ELM VƏ TƏHSİL


Coğrafiyaçı alimin regional iqlim dəyişmələri haqqında məqaləsi beynəlxalq elmi jurnalda dərc edilib

Bakı, 12 may, AZƏRTAC

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri coğrafiya elmləri doktoru, professor Rza Mahmudovun “Azərbaycanda regional iqlim dəyişmələri və onun çayların rejiminə təsiri” (Regional climatic changes in Azerbaijans and its impact on hydro meteorological conditions) məqaləsi Sloveniyanın nüfuzlu beynəlxalq elmi jurnalında dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə real hidrometeoroloji müşahidə məlumatlarına əsasən Azərbaycanda regional iqlim dəyişmələrinin, xüsusən temperatur və yağıntı göstəricilərinin çoxillik normaya nisbətən müxtəlif regionlar, müxtəlif intervallar üzrə dəyişmə tendensiyası araşdırılıb və onların xəritələri verilib.

Regional iqlim dəyişmələrinin çayların su ehtiyatlarına təsiri öyrənilməklə, ölkə ərazisində çaylarda rejim dəyişkənliyinin baş verməsi, bununla bağlı çayların illik axımlarının, daşqın və gursulu dövrlərin davamiyyətinin və maksimal su sərflərinin azalması, eyni zamanda, qış azsulu dövr axımlarının artması məsələləri də məqalədə yer alıb.

Ölkə ərazisində orta çoxillik temperatur normaya nisbətən +1.1°C artsa da, ən çox temperatur artımı >1000 metr yüksəklikdə müşahidə edilir. Dünyada ən isti il kimi qəbul edilən 2018-ci ildə Azərbaycanda temperatur artımı +1.8°C, >1000 metr yüksəklikdə +2.3°C olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.