ELM VƏ TƏHSİL
Coğrafiyaçı alimlər Çin konfransında aqroekoloji mövzuda məruzə ediblər
Bakı, 3 avqust, AZƏRTAC
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov və elmi işçi Emil Cəbrayılov Pekin şəhərində onlayn formatda keçirilən “Yaşıl iqtisadiyyat üzrə beynəlxalq elm və texnoloji innovasiyalar” konfransında Azərbaycanı təmsil ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Asiya Coğrafiya Assosiasiyası tərəfindən təşkil edilən konfrans “yaşıl kənd təsərrüfatı”na dəstək və dayanıqlı ətraf mühit problemlərinə həsr olunub. Təmsilçilərimiz konfransda “Azərbaycanın bölgələrində narın becərilməsinin aqroekoloji vəziyyəti və nar şirəsinin dayanıqlı istehsalı” mövzusunda çıxış ediblər.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib və mövzu ətrafında diskussiya aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]