ELM VƏ TƏHSİL


Coğrafiyaçı alimlər Təbrizdə beynəlxalq konfransda çıxış ediblər

Bakı, 24 iyun, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov Təbriz şəhərində keçirilən IV Qitələrarası Geoinformasiya Günləri (4th Intercontinental Geoinformation Days) beynəlxalq konfransında onlayn formatda məruzə ilə çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, S.Səfərov “2017-ci il iyunun 1-də Azərbaycan Respublikasının şərq bölgəsində müşahidə olunan güclü tufan prosesinin təhlili” mövzusunda məruzəsində həmin tarixdə Böyük Qafqazın cənub yamacında, o cümlədən Qobustan rayonu ərazisində baş vermiş güclü leysan, dolu və daşqın hadisələrini, ildırım-dolu buludlarının inkişaf dinamikasını, eləcə də güclü selin əmələ gəlməsinə digər amillərin təsirini hərtərəfli təhlil edib. Azərbaycanlı alim radar və peyk müşahidələrinin məlumatlarını, o cümlədən aerosinoptik materialın təhlili əsasında regionun fiziki-coğrafi şəraitini nəzərə alaraq belə proseslərin daha etibarlı proqnozlaşdırılması üçün müvafiq təkliflər verib.

Geomorfologiya şöbəsinin elmi işçisi Ceyhun Qasımov isə “Kür-Araz ovalığında və ona bitişik ərazilərdə yerüstü proseslərin məsafədən zondlama məlumatları əsasında ekoloji-geomorfoloji təhlili” mövzusunda məqaləsi ilə konfransda iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.