ELM VƏ TƏHSİL


Coğrafiyaçılar təbii mühitin bioloji aktivliyini araşdırıblar

Bakı, 10 iyul, AZƏRTAC

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin əməkdaşları şöbə müdiri Ənvər Əliyevin rəhbərliyi ilə Sumqayıt şəhəri və onun ətraf ərazilərində ekspedisiyada olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqsəd təbii mühitin stasionar və qeyri-stasionar mənbələrdən çirklənməsi və onların insan sağlamlığına təsir xüsusiyyətlərinin öyrənilməsi olub.

Tədqiqatçılar təbii mühitin bioloji aktivliyini təyin etmək üçün əvvəlcədən seçilmiş müşahidə məntəqələrində metodiki tələblərə uyğun müxtəlif mənbələrdən nümunələr götürüblər. Nümunələrin təhlili mikroorqanizmlərin biosenozunun dəyişməsinə, insan sağlamlığına təsir edən bir sıra yoluxucu və ya parazitar xəstəliklərin yayılmasının səviyyəsini qiymətləndirmək imkanı yaradacaq. Bioloji aktivliyi xarakterizə edən göstəricilər, eyni zamanda, biosenozun, xüsusilə torpaq, bitki örtüyünün, su mənbələrinin müxtəlif növ çirklənməyə məruz qalma dərəcəsini, onların əhali sağlamlığı üçün risk səviyyəsini, habelə bu mühitin özünü təmizləmə qabiliyyətinin vəziyyətini xarakterizə etməyə şərait yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.