DÜNYA


Coko Vidodo və Prabovo Subianto İndoneziyanın prezidenti vəzifəsi uğrunda mübarizə aparacaqlar

Tokio, 12 avqust, AZƏRTAC

İndoneziyanın indiki Prezidenti Coko Vidodo və sabiq ordu generalı Prabovo Subianto gələn ilin aprelində keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliklərini irəli sürüblər.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, seçkilər Coko Vidodonun prezident vəzifəsində olmasının beşinci ildönümü başa çatdıqdan sonra keçiriləcək.

Coko Vidodo paytaxt Cakartada keçirilən mətbuat konfransında deyib ki, insanlarla çoxsaylı məsləhətləşmələrdən sonra o, növbəti seçkilərdə namizədliyini irəli sürmək qərarına gəlib.

Prabovo Subianto da mətbuat konfransı keçirərək, İndoneziyanın inkişafı üçün daha böyük işlər görəcəyini vəd edib.

Xatırladaq ki, İndoneziyada namizədliklərin irəli sürülməsi üçün nəzərdə tutulan vaxt artıq başa çatıb. Ötən seçkidə olduğu kimi, bu dəfə də prezident vəzifəsi uğrunda Coko Vidodo və Prabovo Subianto mübarizə aparacaqlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.