İQTİSADİYYAT


Con Batçelor: “Azərkosmos” peyk xidmətləri təklif edən operator olaraq mənim auditoriyama maraqlıdır

Bakı, 13 mart, AZƏRTAC

“Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev ABŞ-ın geniş auditoriyaya malik olan, məşhur “Con Batçelor Şou” (John Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelora müsahibə verib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, ötən ilin avqust ayında “Azərkosmos”un fəaliyyəti və idarəçiliyində olan peyklər barədə məlumatı geniş kütləyə çatdıran amerikalı jurnalistə bu dəfə “Azərkosmos”un son yarım ildə gördüyü işlərdən, xüsusilə artıq kommersiya fəaliyyətinə başlayan “Azerspace-2” peyki və onun üstünlüklərindən bəhs olunub.

Söhbət əsnasında kosmik sahədə Azərbaycan və ABŞ arasında sıx əməkdaşlığın olduğu qeyd olunub, “Azerspace-1” və “Azerspace-2” peyklərinin ABŞ-ın kosmik sahədə aparıcı şirkətləri olan “Orbital Sciences Corporation” və “Space Systems/Loral” (SSL) tərəfindən yüksək etibarlı platformalar əsasında istehsal olunduğu vurğulanıb.

Con Batçelor öz növbəsində bildirib: “Azərkosmos” peyk xidmətləri təklif edən operator olaraq mənim auditoriyama olduqca maraqlıdır və fəaliyyətiniz haqqında informasiyanı mütəmadi olaraq dinləyicilərimlə bölüşürəm”.

Həmçinin müsahibə zamanı həmsöhbət olan “The Washington Times” qəzetinin müxbiri Monika Krouli və amerikalı investor Kristian Nikson ilə birgə peyk texnologiyaları sahəsində qlobal trendlər və telekommunikasiya sektorunun dəyişən dinamikası haqqında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.