İDMAN


Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib

Bakı, 30 may, Nicat Məmmədov, AZƏRTAC

“Squawka” nəşrinin versiyasına görə, İngiltərənin sabiq müdafiəçisi Con Terri Premyer Liqanın tarixində ən yaxşı müdafiəçisidir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, buna səbəb isə Con Terrinin “Çelsi” klubu və milli komandayla olan uğurlarıdır.

Siyahıda ikinci yeri “Mançester Yunayted” komandasının futbolçusu Rio Ferdinand tutur. Reytinqin üçüncü pilləsində “Arsenal” klubunun əfsanəvi oyunçusu Sol Kempbel yer alıb.

Digər pillələrdə müvafiq olaraq Toni Adams (“Arsenal”), Nemanya Vidiç (“Mançester Yunayted”), Qari Pallister (“Mançester Yunayted”), Rukardu Karvalyu (“Çelsi”), Stiv Brüs (“Mançester Yunayted”), Vensan Kompani (“Mançester Siti”), Virjil Van Deyk (“Liverpul”), Yap Stam (“Mançester Yunayted”), Djeymi Karraqer (“Liverpul”), Sami Xyupiya (“Liverpul”), Kolo Ture (“Arsenal”) və Ledli Kinq (“Tottenhem”) qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.