MƏDƏNİYYƏT


Conni Depp Kral XV Lüdovik rolunu canlandırıb

Bakı, 11 avqust, AZƏRTAC

Parisin Versal sarayında aktyor Conni Deppin iştirakı ilə çəkilən "Sevimli" fransız serialının görüntüləri yayımlanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, aktyorun canlandırdığı Kral XV Lüdovik obrazı artıq sosial şəbəkələrdə böyük marağa səbəb olub. Belə ki, yeni layihə Conni Deppin fransız dilli debütü sayıla bilər. Aktyor uzun illər Fransada yaşayıb və güclü amerikan ləhcəsi ilə də olsa fransızca danışır.

Serialda məşhur fransız aktyoru Pyer Reşar da rol alıb.

Qeyd edək ki, filmin istehsalı ilə “Why Not Productions” (A Prophet) fransız kino şirkəti məşğuldur. Məhsulun satışını “Wild Bunch International” təşkil edir. Filmin gələn ay Berlin şəhərində təqdimatı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.