MƏDƏNİYYƏT


Conni Depp “Modigliani” filminin rejissorluğunu edəcək

Bakı, 15 avqust, AZƏRTAC

Hollivud ulduzu Conni Depp son 25 ildə ilk dəfə “Modigliani” filminin rejissorluğunu edəcək.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, filmin prodüseri Al Paçino və Barri Navidi olacaq.

Ekran əsərində italyan rəssamı Amedeo Modiglianinin həyatından bəhs olunacaq. Film Dennis Makintayranın pyesi əsasında çəkiləcək. Hadisələr 1916-cı ildə Parisdə cərəyan edəcək.

Qeyd edək ki, "Modigliani" filminin çəkilişləri 2023-cü ilin yazında Avropada başlayacaq. Həmçinin yaxın vaxtlarda ekran əsərində əsas rolların ifaçılarının da adları açıqlanacağı gözlənilir.

Hollivud ulduzu Conni Deppin rejissor kimi ilk və yeganə tammetrajlı filmi 1997-ci ildə çəkdiyi “Cəsur” adlı ekran əsəri olub. Həmin filmdə o, həmçinin Marlon Brando ilə birlikdə çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.