REGİONLAR


Corat İdman Klubunun fəaliyyəti ilə tanışlıq

Sumqayıt, 11 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhərində bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirilir, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi diqqət mərkəzində saxlanılır.

AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də Gənclər və İdman naziri Azad Rəhimov, 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı Hicran Hüseynova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Corat qəsəbəsində Corat İdman Klubunun fəaliyyəti ilə yaxından tanış olublar.

Vurğulanıb ki, dövlət başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir.

Qeyd olunub ki, dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur.

Corat İdman Klubuna güləş döşəyi təqdim olunub. Vurğulanıb ki, qəsəbədə idman infrastrukturunun daha da təkmilləşdirilməsi üçün digər zəruri tədbirlər də görüləcək.

Qəsəbə sakinləri və gənc idmançılar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.