DÜNYA
Corc Sorosun poçt qutusunda partlayıcı qurğu aşkar edilib
Vaşinqton, 23 oktyabr, AZƏRTAC
Amerikalı milyarder Corc Sorosun Katon şəhərindəki (Nyu-York ştatı) iqamətgahının poçt qutusunda partlayıcı qurğu aşkar edilib. Federal Təhqiqatlar Bürosu (FTB) artıq araşdırma işlərinə başlayıb.
Bedford şəhərinin polis departamentindən bildiriblər ki, partlayıcı qurğu oktyabrın 22-də təqribən saat 15:45-də xidmətçi tərəfindən aşkar edilib. Polisin bəyanatında deyilir ki, iqamətgahın əməkdaşı paketi açaraq partlayıcı qurğunu görüb, onu evin yanındakı meşəlik ərazidə yerləşdirib və dərhal polis çağırıb. Hadisə yerinə gələn mütəxəssislər briqadası qurğunu zərərsizləşdiriblər.
Polisin məlumatına görə, partlayıcı qurğu aşkar ediləndə 88 yaşlı C.Soros evdə olmayıb. Hadisə nəticəsində heç kəs zərər çəkməyib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]