İDMAN


Corcinyo Veynaldum UEFA Çempionlar Liqasında rekorda imza atıb

Bakı, 8 may, AZƏRTAC

İngiltərənin “Liverpul” futbol klubunun yarımmüdafiəçisi Corcinyo Veynaldum UEFA Çempionlar Liqasında rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, 28 yaşlı hollandiyalı yarımmüdafiəçi UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” ilə cavab oyununda dubl edib. C.Veynaldum UEFA Çempionlar Liqası tarixində yarımfinalda əvəzləmədən meydana çıxaraq 2 qol vuran yeganə futbolçudur.

Xatırladaq ki, hollandiyalı yarımmüdafiəçi 4:0 hesablı qələbə qazanaraq finala yüksəldikləri oyunda fasilədən sonra meydana daxil olub, 54-cü və 56-cı dəqiqələrdə rəqib qapısına yol tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.