İDMAN
Corco Kyellini: Serxio Ramos indi dünyada ən yaxşı müdafiəçidir
Bakı, 20 fevral, AZƏRTAC
Turinin “Yuventus” klubunun kapitanı Corco Kyellini deyib ki, “Real”ın müdafiəçisi Serxio Ramos indiki məqamda öz ampluasında dünyada ən yaxşı futbolçudur. AZƏRTAC bunu TASS agentliyinə istinadla bildirir.
“Daily Mail” Kyellinin bu sözlərini sitat gətirib: “Mən özümü dünyada ən yaxşı müdafiəçi saymıram. Hazırda dünyada ən yaxşı müdafiəçi adına Serxio Ramos layiqdir. Özü də o, bu mövsümdə 11 metrlik zərbələr vurmağa başlayıb. Ramos, demək olar, səhv etmir, lap əgər səhv etsə də, axı kimin səhvi olmur. O, həm meydanda, həm də onun hüdudlarından kənarda öz komandasının lideridir. Ramos matç zamanı hər iki komandanın oyununa təsir göstərən futbolçulardandır”.
Ramos 2008, 2012, 2013, 2014, 2015, 2016, 2018-ci illərdə UEFA-nın versiyasına görə, ilin rəmzi yığmasının heyətinə daxil olub. UEFA-nın digər versiyasına görə, 2017-2018-ci illər mövsümünün ən yaxşı müdafiəçisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]