DÜNYA


Covanni Tria: 2019-cu ildən sonra İtaliyada büdcə kəsiri tədricən azaldılacaq

Roma, 6 oktyabr, AZƏRTAC

Hökumət İtaliyanın 2,4 faizədək yüksəlmiş büdcə kəsirini 2019-cu ildən başlayaraq tədricən aşağı salacaq.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu fikri İtaliyanın iqtisadiyyat və maliyyə naziri Covanni Tria söyləyib.

“Əvvəlki hökumət tərəfindən Avropa Komissiyası ilə razılaşdırılmış hədəflərdən 2019-cu ildə imtina ediləcək, növbəti illərdə büdcə kəsirində tədricən azalma olacaq. Məqsəd İtaliyanın inkişafında fərq yaradan boşluqları aradan qaldırmaq və borcun ÜDM-yə nisbətinin daimi şəkildə azaldılmasını təmin etməkdir”, – deyə Covanni Tria bildirib.

İtaliyanın dövlət borcu ÜDM-nin 130 faizdən çoxunu təşkil edir və İtaliya bu göstəriciyə görə Avropa İttifaqı ölkələri arasında Yunanıstandan sonra ikinci yerdədir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.