ELM VƏ TƏHSİL


“Creative Spark” layihəsi çərçivəsində növbəti seminar

Bakı, 18 may, AZƏRTAC

Xəzər Universiteti İngiltərənin Middlesex Universiteti ilə birlikdə “Creative Spark” layihəsi çərçivəsində növbəti virtual seminar keçirib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Sahibkarlıqda qadınlar - çətinliklər və imkanlar” mövzusuna həsr edilmiş seminarın növbəti qonağı İngiltərənin Middlesex Universitetinin dosenti Noha Salib olub.

Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Raziyə İsayeva keçirilən silsilə seminarların mövzusu və məqsədi haqqında məlumat verib.

Noha Salib təqdimatla çıxış edərək, uğurlu karyeradan və bu yolda qarşılaşdığı çətinliklərdən danışıb, təcrübəsini bölüşüb.

Sonda suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.