DÜNYA


“Crew Dragon” gəmisinin astronavtları Beynəlxalq Kosmik Stansiyaya keçib VİDEO

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 24-də dörd astronavt “SpaceX” kompaniyasının idarəolunan “Crew Dragon” kosmik gəmisindən Beynəlxalq Kosmik Stansiyaya (BKS) keçib.

AZƏRTAC xəbər verir ki, astronavtların stansiyaya keçidi ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) saytında canlı yayımlanıb.

“Crew Dragon” gəmisinin Beynəlxalq Kosmik Stansiyaya ikinci idarəolunan uçuşunun heyətinə NASA-nın astronavtları Robert Şeyn Kimbro və Meqan Makartur, həmçinin Avropa Kosmik Agentliyinin fransalı astronavtı Toma Peske və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin astronavtı Akihiko Hoside daxildir. Onlar altı aya yaxın kosmik orbitdə qalacaqlar.

Qeyd edək ki, hazırda Beynəlxalq Kosmik Stansiyada yeddi nəfər – Roskosmos korporasiyasının kosmonavtları Oleq Novitski və Pyotr Dubrov, NASA-nın astronavtları Maykl Hopkins, Viktor Qlover, Şennon Uoker, Mark Vande Hay və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin astronavtı Soiti Noquti fəaliyyət göstərirlər. Maykl Hopkins, Viktor Qlover, Şennon Uoker və Soiti Noquti aprelin 28-də Yerə qayıdacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.