İDMAN


“Croatia Grand Chess Tour”: Şəhriyar Məmmədyarov son 9 turda mübarizə aparacaq

Bakı, 11 iyul, AZƏRTAC

Bu gün “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turnirində son 9 turun partiyaları oynanılacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov startda fransalı Maksim Vaşye-Laqrav ilə görüşəcək. Sonrakı qarşılaşmalarda rusiyalı Yan Nepomnyaşi, niderlandlı Jorden Van Forest, Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk, polşalı Yan-Kşıştof Duda, eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov, ukraynalı Anton Korobov, daha bir keçmiş dünya çempionu hindistanlı Vişvanatan Anandla üz-üzə gələcək təmsilçimiz günün son görüşünü niderlandlı Aniş Giriyə qarşı keçirəcək.

Şahmatçımız ötən 9 turun nəticəsinə görə, 4 xal toplayıb.

Qeyd edək ki, bundan əvvəl turnir çərçivəsində rapid yarışı keçirilib. Yekun nəticələrə görə Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.