İDMAN


Cüdo Federasiyası Azərbaycanda cüdonun təşəkkül tapmasının 50 illiyi ilə əlaqədar yubiley loqosunu təqdim edib

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycanda cüdonun təşəkkül tapmasının 50 illiyi ilə əlaqədar Azərbaycan Cüdo Federasiyası (ACF) yubiley loqosunu təqdim edib.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yubiley loqosu yapon dilində xarici sözlərin yazılması üçün istifadə edilən “katakana” metodu əsasında hazırlanıb və stilizə edilmiş “50” rəqəmini nümayiş etdirir.

Loqonun elementləri Azərbaycan dilində “cüdo”, ingilis dilində isə “judo” sözlərini təşkil edən hərflərdən ibarətdir. “50” rəqəminin bu cür texnika ilə əks etdirilməsi cüdo idman növü üçün vacib olan çeviklik və uyğunlaşma prinsiplərini özündə ehtiva edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.