İDMAN


Cüdo üzrə Avropa kubokunun birinci günündə Azərbaycanın dörd idmançısı mübarizə aparır

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 16-da Romada cüdo üzrə açıq Avropa kuboku start götürüb.

AZƏRTAC xəbər verir ki, qitə yarışının birinci günündə dörd cüdoçumuz tatami üzərinə çıxacaq. Altmış kiloqram çəki dərəcəsində Oruc Vəlizadə ilə Həmzət Zairbəyov (Rusiya), Rövşən Əliyev və Dieqo Reya qarşılaşacaqlar. Bundan başqa, Tərlan Kərimov (66 kq) Soufian Hamdoi (Mərakeş), İbrahim Əliyev isə Robert Həsənağayev (Ukrayna) ilə üz-üzə gələcək.

Əllidən çox ölkədən 300-dən artıq cüdoçunun mübarizə apardığı qitə kubokuna fevralın 17-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.