İDMAN


Cüdo üzrə Azərbaycan birinciliyində fərdi yarışlar başa çatıb

Bakı, 27 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində fərdi yarışlar başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda paytaxt və bölgələrdən 51 komandadan 367 idmançı (311 oğlan, 56 qız) medallar uğrunda mübarizə aparıb.

Fərdi yarışların sonuncu günündə daha səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşib.

Oğlanlar arasında Nicat Məmmədli (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Cahangir Məcidov (90 kq) və Camal Feyziyev (+100 kq) bütün görüşləri qalib başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xanım idmançıların mübarizəsində isə Vüsalə Kərimova (48 kq), Fəridə Səfərova (57 kq), Xədicə Rəşidova (70 kq) və Aytəkin Paşazadə (+78 kq) Azərbaycan çempionu adını qazanıblar. Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, gənc cüdoçuların respublika birinciliyinə fevralın 28-də təşkil olunacaq komanda yarışları ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.