İDMAN


Cüdo üzrə Azərbaycan birinciliyinin komanda yarışları başa çatıb

Bakı, 17 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən idman kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin komanda yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda “Neftçi” idman klubu və “Kanokan” komandaları bütün rəqiblərinə qalib gələrək finala çıxıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə 4:3 hesabı ilə qalib gələn “Neftçi” idman klubunun cüdoçuları Azərbaycan çempionu adına layiq görülüblər. “Kanokan” gümüş, “Aura” idman klubu və “UGİM-13” komandaları bürünc medala sahib olublar. Qalib və mükafatçılara diplom, medal və kuboklar təqdim olunub.

Xatırladaq ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən ölkə birinciliyinin komanda yarışlarında 9 klub, fərdi yarışlarda isə 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.