İDMAN


Cüdo üzrə Azərbaycan çempionatının birinci gününün qalibləri təltif olunub

Bakı, 9 mart, AZƏRTAC

“Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən 15 yaşadək yeniyetmələr arasında cüdo üzrə Azərbaycan çempionatının birinci günündə altı çəki dərəcəsində qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə qadınların yarışında 28, 40, 52, oğlanların mübarizəsində isə 34, 46, 60 kiloqram çəki dərəcələrində qalib və mükafatçılara medallar, diplomlar təqdim olunub.

Üç gün davam edəcək ölkə birinciliyində 75 klubdan 518 cüdoçu (482 oğlan, 36 qız) mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.