İDMAN


Cüdo üzrə Azərbaycan komandası koronavirus pandemiyası ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Bakı, 13 aprel, AZƏRTAC

Cüdo üzrə Azərbaycan yığma komandasının üzvləri, məşqçilər koronavirus pandemiyası ilə əlaqədar əhaliyə müraciət ediblər.

AZƏRTAC xəbər verir ki, yığma üzvlərindən Elmar Qasımov, Hidayət Heydərov, Gültac Məmmədəliyeva, Şəfəq Məmmədova, Leylа Əliyevа, İçinkorloo Münxtsedev, İrina Kindzerska, Aişə Qurbanlı, kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko, qadınlardan ibarət milliyə rəhbərlik edən Rəşad Məmmədov, məşqçi Elxan Məmmədov vidoçağırışa qatılıblar. Videoçarxda koronavirus infeksiyasının qarşısının alınması istiqamətində dövlət tərəfindən tətbiq edilən xüsusi qaydalara əməl edilməsinin vacibliyi vurğulanıb. İdmançılar, onların məşqçiləri əhaliyə “#Evdeqal” mesajını verərək, koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmaması üçün əhalini hökumətin tövsiyələrinə riayət etməyə, ehtiyac olmadıqda evdə qalmağa və həmrəyliyə səsləyiblər.

Xatırladaq ki, bundan əvvəl tanınmış cüdoçularımız Rüstəm Orucov, Məmmədəli Mehdiyev, Nicat Şıxəlizadə, Orxan Səfərov da əhaliyə videomüraciət ünvanlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.