İDMAN


Cüdo üzrə Azərbaycan kuboku yarışının ilk qalibləri müəyyənləşib

Bakı, 8 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan kuboku yarışının ilk qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə qadınlar arasında 48, 63, kişilərin yarışında isə 60, 81 kiloqram çəki dərəcələrində ən güclülər bəlli olub. Belə ki, Aydan Vəliyeva (48 kq) və Aytac Qardaşxanlı (63 kq) qadınların turnirində birinci yeri tutublar. Kişilər arasında isə Balabəy Ağayev (60 kq) və Elcan Hacıyev (81 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Dekabrın 9-dək davam edəcək turnir koronavirus pandemiyası səbəbindən ölkədə mövcud olan karantin rejimi ilə əlaqədar azarkeşsiz keçirilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.